ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Krittenbrink iyunun 4-də Çinə səfər edəcək.

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, səfər çərçivəsində ikitərəfli münasibətlərin müzakirə edilməsi nəzərdə tutulur. 

"Milli Təhlükəsizlik Şurasının Çin və Tayvanla əlaqələr üzrə baş direktoru Sara Beranın da qatılacağı mərasimdə, Krittenbrink Pekində ikitərəfli münasibətlərin əsas məsələlərini müzakirə edəcək", - Dövlət Departamentinin bəyanatında deyilir.

Pekinə səfər Dövlət Departamenti nümayəndəsinin 4-10 iyun tarixlərində səfəri çərçivəsində baş tutacaq.

Ağarza Elçinoğlu