Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqi Dolmabahçe Əmək Ofisində qəbul edib .

"Unikal" xəbər verir ki, danışıqlar təxminən bir saat yarım davam edib. 

Danışıqların əsas mövzusu İsveçin NATO-ya qəbulu prosesi olub. Stoltenberq İsveçin NATO-ya üzvlük prosesində konkret addımlar atdığını bildirib.

15:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edib.

“Unikal” xəbər verir ki, Dolmabaxça sarayında baş tutan görüş saat 14.00-da başlayıb.

Qəbul mətbuata qapalı keçirilir.

Görüşdə bölgədə baş verən hadisələrlə yanaşı, İsveçin NATO-ya üzvlüyü məsələsi də müzakirə edilir.

13:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberqi qəbul edəcək.

“Unikal” xəbər verir ki, Prezidentin Dolmabahçe ofisində keçiriləcək qəbul yerli saatla 14.00-da baş tutacaq.

Qeyd edək ki, prezident seçkilərində 27 milyon 834 min 589 səslə qalib gələn Rəcəb Tayyib Ərdoğan dünən Türkiyə Böyük Millət Məclisində and içib. Ərdoğanın andiçmə mərasiminə 21 prezident və 13 Baş nazir, həmçinin bir çox nazir, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və NATO-nun Baş katibi Yens Stoltenberq qatılıb.