İyunun 8-də Minskdə Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviçin sədrliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclası keçiriləcək. İclasda KTMT-nin baş katibi İmanqali Tasmaqambetov iştirak edəcək.
"Unikal" xəbər verir ki, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.
İclas iştirakçıları KTMT-yə üzv dövlətlərin təhlükəsizliyinə çağırışlar və təhdidlər və onların zərərsizləşdirilməsi üzrə tədbirləri müzakirə edəcəklər.
İclas zamanı KTMT-nin “Nemnik” regional antiterror əməliyyatının keçirilməsi, KTMT-nin kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin komandanlıq və idarəetmə orqanlarının və birləşmələrinin hazırlığı və digər sənədlərə baxılması planlaşdırılır.