Gəncədə yeniyetmə xəsarət alıb.
"Unikal"ın məlumatına görə, 2011-ci il təvəllüdlü, Gəncə şəhər sakini Ü. Əliyev 5 yaşlı qardaşı ilə yaşadığı 5-ci mərtəbədəki mənzildə oynayan zaman pəncərədən yıxılaraq döş qəfəsinin, qarın boşluğunun hematoması və daxili qanaxma xəsarətləri alıb.
Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.