Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri və xərcləri artırılır.
"Unikal" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Beləliklə, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 773 978,0 min manatda 33 779 500,0 min manata, xərcləri 33 353 278,0 min manatdan 36 568 800,0 min manata qaldırılır.
Beləliklə, qanun layihəsinə əsasən dövlət büdcəsi xərclərinin məbləği 36568,8 mln. manat nəzərdə tutulub ki, bu da müstəqillik tarixində ən böyük məbləğ olmaqla, təsdiq edilmiş məbləğlə müqayisədə 3215,5 mln. manat və yaxud 9,6% çoxdur.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.