Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə 20-21 may 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələrini açıqlayıb. 

DİM-dən "Unikal"a verilən məlumata görə, ərizəsini təsdiq etmiş 45308 abituriyentdən (II qrup üzrə 23162 nəfər, III qrup üzrə 22146 nəfər) 1865 nəfəri (II qrup üzrə 1199 nəfər, III qrup üzrə 665 nəfər) imtahanda iştirak etməyib.

İmtahanda iştirak edən abituriyentlərdən 17 nəfəri qaydaları pozduqlarına görə, imtahandan xaric olunub və nəticələri ləğv edilib.