Müxtəlif idman növləri insan ömrünü uzadır.
"Unikal" xəbər verir ki, bu barədə britaniyalı alimlər tədqiqat aparıblar. Elm adamları müəyyən istirahət idman növləri ilə ölüm halları arasındakı əlaqəni araşdırıb.
80.000-dən çox britaniyalı böyüklər arasında aparılan araşdırmada, velosiped sürmə, üzgüçülük, aerobika və raketka idmanlarının daha uzun ömür ilə əlaqəli olduğu bildirilib. Həmçinin, gəzinti və yüksək intensivlik də daxil olmaqla, asudə vaxtda fiziki fəaliyyətin ürək-damar xəstəlikləri və xərçəng riskinin aşağı olması ilə əlaqəli olduğu qeyd olunub.
Gülayə Mecid