Rafael Gerreyro karyerasını "Bavariya"da davam etdirəcək. 

"Unikal" xəbər verir ki, 29 yaşlı müdafiəçi gələn həftə müqavilənin şərtlərini danışmaq üçün Münhenə yollanacaq. Müqavilə 2026-cı ilədək nəzərdə tutulub. 

Qeyd edək ki, Gerreyro 2016-cı ildən "Borussiya Dortmunt"da çıxış edirdi.