Axşam saatlarında yola çıxan Tunis ordusuna məxsus hərbi helikopter ölkənin şimalında qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə Tunis Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, helikopter patrul missiyasını yerinə yetirərkən dənizə düşüb. Hərbi hava maşınında dörd ekipaj üzvü olub.

Dənizdən ölən iki nəfərin cəsədi, həmçinin helikopterin qalıqları çıxarılıb. Digər şəxslərin axtarışları davam edir.

***14:37

Şimali Afrika ölkəsi olan Tunisdə 4 nəfərlik heyəti olan hərbi helikopterlə əlaqə kəsilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tunis Müdafiə Nazirliyi açıqlama verib. 

"Dünən axşam saatlarında Tunisin şimalındakı Bizerte əyalətinin Kab Sirat bölgəsində gecə uçuşu həyata keçirən helikopterlə əlaqə kəsilib", - deyə məlumatda qeyd olunub.

MN və DİN quruda, dənizdə və havada müxtəlif vasitələrlə axtarış işlərinə başlayıb. 

Ağarza Elçinoğlu