Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yardım etməkdə davam edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. 

"Rusiya tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı bütün məsələlərin həllinə, o cümlədən, əlbəttə ki, sülh müqaviləsinin imzalanması istiqamətində irəliləyişin əldə olunmasına kömək etmək üçün üçtərəfli bəyanatlara tam uyğun olaraq öz səylərini davam etdirəcək", - deyə siyasətçi qeyd edib. 

O, Bakı və İrəvanın sülh müqaviləsinin mətnini birbaşa müzakirə etməsini təbii və məntiqi proses adlandırıb.

Qaluzin əlavə edib ki, Rusiya digər dövlətlərin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməsinin əleyhinə deyil, lakin sözdə deyil, əməldə və Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi fundamental razılaşmalara uyğun olması şərtilə. 

Ağarza Elçinoğlu