Rusiya baş nazirinin müavini Aleksey Overçuk regional münasibətlərin blokadadan çıxarılması üzrə komissiyanın üçtərəfli iclasının nəticələrini şərh edib. 

"Unikal" Rusiya KİV-ə istinadla xəbər verir ki, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin iştirakı ilə Moskvada baş tutan danışıqlar 9 saat davam edib. 

"Mətn hazırlığın son mərhələsindədir. Sənəd demək olar ki, hazırdır. Lakin hələ müzakirə edilməli olan iki-üç mübahisəli məqam var, amma dəmir yolunun keçəcəyi məqamlar razılaşdırılıb. Biz bunu aradan qaldırdıq, yükün gömrük nəzarətinin necə həyata keçiriləcəyi ilə bağlı razılığa gəldik", - Overçuk bildirib.

Siyasətçinin sözlərinə görə, hər üç tərəf kommunikasiya əlaqələrinin tezliklə başlamasına hazırdır. 

Ağarza Elçinoğlu