Rusiyalı müğənni Stas Pieha xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, ürəyində problem olan ifaçı reanimasiyadadır. Bu barədə sənətçi özü məlumat yayıb. Təcili yardım maşınında çəkdirdiyi şəkilləri yayımlayan Stas xəstəxanada çox qalmayacağını ümid etdiyini bildirib.
Stas bildirib ki, evdə olarkən qəfildən ürəyində ağrılar başlayıb. Həkim ilk müayinədən sonra onun xəstəxanaya aparılmasına qərar verib.
SSSR Xalq artisti Edit Piehanın nəvəsi olan Stas hazırda həkim nəzarətində saxlanılır.