"Kurtlar Vadisi" serialında "Elif" obrazı ilə məşhurlaşan Özgü Namal 9 ildən sonra ekranlara qayıdır.
"Unikal" xəbər verir ki, aktrisa uzun fasilədən sonra "Qırmızı qönçələr" serialında rol alacaq.
Qeyd edək ki, Namalın həyat yoldaşı Ahmet Serdar 2020-ci ildə infarkt keçirərək dünyasını dəyişib. 2 uşaq atası Ahmet Serdarı itirən Özgü Namal yaşadığı böyük ağrıdan sonra Köyceğizdə sakit həyata başlayıb.