Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev beynəlxalq səyahətçilərə təşəkkür edib.
"Unikal" xəbər verir ki, o, bu barədə tviterdə yazıb.
H.Hacıyev 30-dan çox ölkədən yeni səyahətçi qrupu ilə tanış olmaqdan məmnunluğunu ifadə edib: “Onlar Ağdamda, Kəlbəcərdə, Şuşada, Zəngilanda olub, işğalın səbəb olduğu dağıntılarla tanış olub, yenidənqurma işlərinin sürəti və miqyasına heyran qalıblar”.