"Türkiyə-Azərbaycan Universitetinin təsis olunması istiqamətində işlər son mərhələdədir".
"Unikal" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun açılış mərasimində deyib.
O bildirib ki, yaxın aylarda universitetin açılacağı planlaşdırılır.
"Burada tibb fakültəsinə xüsusi önəm verilməsi əsas hədəflərimizdəndir".