Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan azərbaycanlı həmkarı Şahin Mustafayevə Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyaların iclasının keçirilməsi təklifini göndərib.
"Unikal" xəbər verir ki, görüşün məqsədi son günlər Ermənistan-Azərbaycan sərhədində gərginliyə səbəb olan problemli məsələləri müzakirə etməkdir.
Qriqoryanın görüşün harada və hansı formatda keçirilməsini təklif etdiyi bəlli deyil.