İyunun 19-da Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında keçirilən siyasi məsləhətləşmələr zamanı iki ölkənin Dövlət Sərhədinin Demarkasiyası və Delimitasiyası üzrə Dövlətlərarası Komissiyanın fəaliyyəti ilə bağlı qeyri-rəsmi müzakirə aparılacaq.
"Unikal" xəbər verir ki, bunu Tbilisidə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
"Həmin məsələlərin rəsmi müzakirəsi olmayacaq, lakin biz o məsələləri qeyri-rəsmi şəkildə də nəzərdən keçirəcəyik. O cümlədən, biz fikir mübadiləsi aparacağıq və təbii ki, komissiyanın işinin davam etdirilməsi ilə bağlı müəyyən fikirləri bölüşəcəyik", - deyə XİN rəhbərinin müavini açıqlayıb.
Ağarza Elçinoğlu