Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şehbaz Şərif Azərbaycana xüsusi minnətdarlıq edib.
Bu barədə "Unikal" Pakistan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, hadisə bu gün İslamabadda keçirilən mərasimdə baş verib. Baş nazir onu və başçılıq etdiyi nümayəndə heyətini ötən həftə qəbul etdiyinə görə Azərbaycan xalqına və hökumətinə xüsusi minnətdarlıq əlaməti olaraq ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadovun əlini tutaraq yuxarı qaldırıb.