Bu gün dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə başlanılıb.

"Unikal" xəbər verir ki, imtahan ölkənin 13 müxtəlif şəhərində 23 mərkəzdə təşkil olunub.

Suraxanı rayonu, Bülbülə qəsəbəsindəki 208 saylı orta məktəbin ibtidai sinif müəllimi İsmayılova Şəmsiyyə 35 dəqiqəyə (maks. 120 dəq) imtahanı bitirərək zalı tərk edib. O, maksimum 60 baldan 54 bal toplayıb.