Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba Londonda ABŞ-ın dövlət katibi Entoni Blinkenlə danışıqlar aparıb.
"Unikal" xəbər verir ki, danışıqlarda Ukraynanın əks-hücumunun təmin edilməsi məsələsi müzakirə edilib.
Dmitri Kuleba Londonda ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlar aparıb.
Departamentin mətbuat xidməti əlavə edib ki, diplomatlar Ukraynanın əks-hücumunu təmin etmək üçün yeni həll yollarını, o cümlədən NATO-nun Vilnüsdə keçirilən sammitində Ukraynanın üzvlüyünün perspektivləri və sülhü dəstəkləyən qlobal koalisiyanın genişləndirilməsi ilə bağlı qərarların hazırlanmasını müzakirə ediblər .