Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Söyüdlü kəndi ərazisində yeni süni gölün tikintisinə etiraz edən sakinlərlə görüşüb.

"Unikal" xəbər verir ki, icra başçısı kəndə gedərək sakinlərlə söhbət edib.

"Polis vətəndaşı vurmaz, vətəndaşı qoruyar. Mənim yaşadığım yer də o gölə yaxındır. Həmin göl 11 ildir tam qanuni şəkildə fəaliyyət göstərir. İndiyədək heç kimə təhlükə törətməyib. Gölün suyunun zəhərli olub-olmaması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib. Bu məsələyə mütəxəssislər rəy verə bilər, müvafiq nümunələr götürülərək yoxlanılacaq", - deyə icra baçısı bildirib.