"Azərbaycanla Sloveniya arasında münasibətlər daha da inkişaf etdirilməlidir".
"Unikal" xəbər verir ki, bunu Sloveniya Prezidenti Nataşa Pirç Musar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Sloveniya Avropa İttifaqı daxilində üzv ölkələrlə qurduğu münasibətlərlə qane olmağa meyillidir: "Lakin Sloveniya digər ölkələrlə münasibətlərini inkişaf etdirməlidir. Azərbaycanla Sloveniya arasında əlaqələr genişləndirilməlidir. Bu ikitərəfli münasibətlər hər iki ölkə üçün böyük uğurlar gətirə bilər".