Ukraynanın bərpası istiqamətində verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edirik.
"Unikal" xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould Böyük Brtaniya Kralı III Çarlzın doğum günü ilə bağlı mərasimdə çıxışında deyib.
“Bu il Rusiyanın Ukraynaya işğalçı hücumundan bir il ötdü. Mən şadam ki, Azərbaycan və Ukrayna Prezidentləri bu il Kişiniyovda görüşdü. Azərbaycan XİN rəhbəri Londonda keçirilən Ukraynanın Bərpası Konfransında iştirak etdi və o, ukraynalı həmkarı ilə görüşdü. Azərbaycana Ukraynanın yenidən qurulması istiqamətində İrpinin bərpasına verdiyi və verəcəyi yardıma görə təşəkkür edirik”, - səfir bildirib.