Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyaya səfəri çərçivəsində krallığın Avropa və Şimali Amerika üzrə naziri Stefen Douti ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter hesabında məlumat paylaşılıb.
Bildirilib ki, tərəflər Azərbaycan-Böyük Britaniya əməkdaşlığının perspektivlərini və regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
Qeyd edək ki, Ceyhun Bayramov Böyük Britaniyada işgüzar səfərdədir.