Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası iyunun 26-da Lüksemburqda iclas keçirəcək.
"Unikal" xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat yayılıb.
Bildirilir ki, iclasda Rusiya-Ukrayna müharibəsi gündəmdə olacaq.
Avropa İttifaqı Şurasında Tunis, Ermənistan və Azərbaycan, həmçinin Serbiya və Kosovo arasında dialoq müzakirə olunacaq.