Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tviterdə məlumat yayıb.
Qeyd edək ki, görüş ABŞ-ın Arlinqton şəhərində keçirilir.
ABŞ dövlət katibi Entoni Blinken bu gün hər iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib, daha sonra danışıqlar üçtərəfli formatda davam etdirilib.
HAPPENING NOW: The meeting between the Foreign Minister of #Azerbaijan @Bayramov_Jeyhun & the Foreign Minister of Armenia @AraratMirzoyan has just kicked off in Arlington.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) June 27, 2023
Draft bilateral Agreement on Peace and Establishment of Interstate Relations between 🇦🇿🇦🇲 is on the agenda. pic.twitter.com/J01F1QvzhE