“Avropa İttifaqındakı həmkarlarımızın ev sahibliyi ilə bir neçə həftə sonra növbəti görüşün keçirilməsi gözlənilir”.
"Unikal" xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken bəyan edib.
“Düşünürəm ki, biz nə qədər yaxınlaşsaq, razılaşmaya bir o qədər yaxınlaşacayıq. Əldə edilmiş tərəqqiyə görə hər iki tərəfə təşəkkür edirik. Bu səylərimizi önümüzdəki həftələrdə və aylarda davam etdirəcəyik”- deyə, o vurğulayıb.