İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycan səfərini qonşuluq siyasətini inkişaf etdirmək üçün fürsət adlandırıb.
"Unikal" xəbər verir ki, bu barədə nazir Azərbaycana səfəri ilə bağlı tviterdəki paylaşımında bildirib.
“Üzv ölkələrin müxtəlifliyinə görə, Qoşulmama Hərəkatı yeni qlobal çağırışların həlli üçün çoxtərəfliliyi və ümumi düşüncəni gücləndirmək üçün xüsusi imkanlara malikdir. Həmçinin, bu səfər regionda qonşuluq siyasətini izləmək və inkişaf etdirmək üçün bir fürsət olacaq”, - deyə o bildirib.