İran tərəfi Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan hiddətlənib və təəssüflənib.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
"Azərbaycanla razılaşdırdıq ki, biz bu insidentlə bağlı prosesi tezliklə yekunlaşdıraq. Bu cinayəti törədən şəxs məsuliyyətə cəlb olunacaq və ağır şəkildə cəzalanacaq. Biz Azərbaycanın təhlükəsizliyini həm öz təhlükəsizliyimiz, həm də regionun təhlükəsizliyi hesab edirik", - deyə nazir bildirib.
İranın XİN başçısı deyib ki, diplomatik korpusun təhlükəsizliyi ilə bağlı hər hansı bir qurumun və ya şəxsin qüsuru varsa və bu, isbat olunacaqsa, onlar da öz cəzalarını alacaqlar.