İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycan Prezidenti ilə görüşündən tvit atıb.
"Unikal" xəbər verir ki, tvitdə deyili:
"Bu gün Bakıda Azərbaycanın möhtərəm prezidenti cənab İlham Əliyevlə konstruktiv, ətraflı və səmərəli görüş keçirdim.
Bu səmimi və aydın söhbətin nəticələrinin iki dost, qardaş və qonşu ölkə olan İran və Azərbaycan arasında münasibətlərdə yeni səhifə açacağı, iki ölkənin düşmənlərini və bədxahlarını məyus edəcəyi gözlənilir".