“Azərbaycan səfirliyinə hücum edən şəxsə ən ağır cəza veriləcək”
"Unikal" xəbər verir ki, Bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian iyulun 5-də Bakıda jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycanın İrandakı səfirliyində hadisə törədən şəxsin istintaqı yekunlaşıb. Bu cinayəti törədən şəxsə ən ağır və şiddətli cəzalar veriləcək”.
“Diplomatik korpusun təhlükəsizliyi ilə əlaqədar hər hansı şəxsin və ya qurumun da iştirakı sübut olunarsa, onlar da öz cəzalarını alacaqlar”, - nazir vurğulayıb.