Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfər edib. 

"Unikal" xəbər verir ki, Paşinyanı Batumi beynəlxalq hava limanında Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili qarşılayıb.

Bu gün o və gürcü həmkarı İrakli Qaribaşvili arasında görüş planlaşdırılır. 

***12:28

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfər edəcək.

"Unikal" xəbər verir ki, səfər çərçivəsində Gürcüstan və Ermənistan baş nazirlərinin təkbətək və geniş tərkibdə görüşləri planlaşdırılır.

Nuranə Abbasova