Ötənilki Frankofoniya sammitində Azərbaycana verdiyi dəstəyə görə mən cənab Prezidentə və Albaniya hökumətinə artıq öz minnətdarlığımı bildirdim. O vaxt Frankofoniya Təşkilatının üzv dövlətlərindən biri yekun sənədə bir bəndi əlavə etmək və qəbul etdirməyə cəhd göstərdi. Bu, anti-Azərbaycan mahiyyəti olan bənd idi. Məhz Albaniya həmin bəndin qarşısını alan ölkə oldu.
"Unikal" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında söyləyib.
Həmin addım dostluğun, eləcə də ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi beynəlxalq hüququn əsas prinsiplərinə qəti sadiqliyin təzahürü olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Hətta Azərbaycan özünü müdafiə etmək fürsətinə malik olmadığı təşkilatlarda belə bizim Albaniya kimi qardaş ölkəmiz var və o, bu dəstəyi verdi. Buna görə, biz çox minnətdarıq”.