İstirahət günlərində (iyulun 8-9-da) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, Samur –Yalama milli parkında hava şəraitinin sabit, yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək, 8-də arabir güclənəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 30-34° isti olacaq.

Altıağac milli parkında istirahət günlərində yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər duman olacaq.
Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 28-33° isti olacaq.

Ağgöl milli parkında yağmursuz, sabit hava şəraiti gözlənilir. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 31-36° isti olacaq.

Qızılağac milli parkında yağmursuz hava şəraiti gözlənilir. Mülayim şərq küləyi əsəcək. Gecə və səhər duman olacaq.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 31-35° isti olacaq.

Göygöl milli parkında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti , gündüz 22-26° isti olacaq.

Şirvan milli parkında havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək, gündüz saatlarında arabir güclənəcək. Havanın temperaturu gecə 22-24° isti, gündüz 35-38° isti olacaq.

Hirkan milli parkında yağmursuz hava şəraiti gözlənilir. Mülayim şərq küləyi əsəcək. Gecə və səhər duman olacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 32-35° isti olacaq.