Bakıda və Abşeron yarımadasında iyulun 8-9-da havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 33°-38°, bəzi yerlərdə 40° isti olacağı gözlənilir.

Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Azərbaycanın rayonlarında iyulun 8-9-da havanın maksimal temperaturunun Naxçıvan MR-da və aran rayonlarında 35°-38° isti, bəzi yerlərdə 41°-dək, dağlıq rayonlarda isə 23-28°-dək isti olacağı gözlənilir.