“Səyyar qəbul otağı” bu dəfə İmişli rayonunda təşkil olunub.

“Unikal” xəbər verir ki, aksiyaya qatılan 20-yə yaxın sakindən 7-si müraciətini ünvanlayıb.

Qeyd edək ki, əsas müraciətlər köhnəlmiş küçə qaz xətlərinin yenisi ilə əvəzlənməsi, bəzi hallarda qazın təzyiqinin zəif olması və sayğacın giriş hissəsində sızmanın qeydə alınması kimi məsələlərlə bağlı olub. Görüşdə səsləndirilən bütün problem və təkliflərin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.