Naxçıvan Dövlət Universitetinə yeni prorektor təyin edilib.

"Unikal" xəbər verir ki, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə Aidə Cəlilzadə təyinat alıb.

Qeyd edək ki, bundan öncə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbov olub.