8 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Rustam Solini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Bu barədə "Unikal"a XİN-dən məlumat verilib.
Nazir Azərbaycan və Tacikistan xalqları və ölkələri arasında mövcud tarixi və mədəni bağlılıqların dərin köklərinin olduğunu, onları çoxəsrlik ənənələrə əsaslanan mehriban dostluq, sıx faydalı əməkdaşlıq və qarşılıqlı fəaliyyət telləri bağladığını bildirib.
Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə gələcək inkişafına, bu əlaqələrin iki dost xalqın maraqları çərçivəsində bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Nazir səfir Rustam Soliyə gələcək fəaliyyətində uğurlar arzu edib.
Nazir Ceyhun Bayramovun Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Rustam Soli ilə görüşünə dair mətbuat məlumatı
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) July 8, 2023
➡️ https://t.co/lMZuDqNXvO pic.twitter.com/dFowAsn7wT