Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi ilə əlaqədar Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan diplomatiyasının rəhbəri tviterdə qeyd edib.
"Möhtərəm cənab Prezidentin Sərəncamı ilə mənim və həmkarlarımızın ali rütbələrlə təltif olunması Xarici İşlər Nazirliyinin fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. Bu diqqət və etimada görə cənab Prezidentə minnətdarıq!", - XİN rəhbəri yazıb.
Möhtərəm cənab Prezidentin Sərəncamı ilə mənim və həmkarlarımızın ali rütbələrlə təltif olunması Xarici İşlər Nazirliyinin fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) July 8, 2023
Bu diqqət və etimada görə cənab Prezidentə minnətdarıq! 🇦🇿🇦🇿🇦🇿@presidentaz @AzerbaijanMFA