Son aylar ərzində Azərbaycan-Ermənistan postmünaqişə kontekstində gedən danışıqlar intensiv hal alıb.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Cənab Prezident bu müddət ərzində bir neçə dəfə Ermənistan lideri ilə görüşüb. Belə görüşlərin müxtəlif beynəlxalq tədbirlər səviyyəsində yaxın zamanlarda yenə də davam etməsi gözlənilir. Həmçinin XİN rəhbərləri, baş nazirlərin müavinləri səviyyəsində də sözügedən danışıqlar aparılır və aparılacaq", - nazir əlavə edib.