“Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil".
"Unikal" xəbər verir ki, Milli Məclisin deputatı Nurlan Həsənov Prezident İlham Əliyevin müşavirədəki çıxışını möhtəşəm adlandırıb və bunun ölkə rəhbərinin hadisələrə obyektiv yanaşdığının sübutu olduğunu bildirib: "Bugün cənab Prezident İlham Əliyevin Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələr ilə bağlı çıxışı sadəcə möhtəşəmdir və Prezidentin ölkədə baş verən hadisələrə necə obyektiv, vətəndaş mövqeyindən və “hər şey Azərbaycan vətəndaşı üçündür” yanaşmasını bir daha sübut edir!