"Rusiyanın Ermənistana müqavilə əsasında silah və sursat verməməsi məsələsi Ermənistan-Rusiya münasibətlərinin gündəmində qalmaqda davam edir. Lakin bu yaxınlarda Minskdə Təhlükəsizlik Şurası katiblərinin Rusiya tərəfi ilə görüşündə bu məsələ müzakirə olunmayıb".
“Unikal” xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Amerikanın səsi” radiostansiyasının erməni xidmətinə müsahibəsində deyib.
Təhlükəsizlik Şurasının katibi bu problemlərin Ermənistan üçün strateji əhəmiyyət kəsb etdiyini bildirərək, onların həll olunacağına ümid etdiyini bildirib.
“Ümid edirik ki, belə bir fikir var. Bu, Ermənistan üçün çox vacibdir”, - Təhlükəsizlik Şurasının katibi deyib.
Nuranə Abbasova