İyulun 12-də Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının dördüncü iclası keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş Ermənistan-Azərbaycan sərhədində baş tutub: "Ermənistan Respublikası və Azərbaycan Respublikasının rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə olunmuş razılaşmalara əsasən, tərəflər sərhədin demarkasiyası məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələlərini həll ediblər. Tərəflər, həmçinin komissiyaların növbəti iclasının tarixini və yerini müəyyən etmək barədə razılığa gəliblər".
Qeyd edək ki, iclas hər iki ölkənin baş nazirlərinin müavinlərinin iştirakı ilə baş tutub.
Ağarza Elçinoğlu