İranlı zəvvarları daşıyan avtobus İraqın Samirə şəhərində qəzaya uğrayıb. 

"Unikal" "Tasnim"ə istinadən xəbər verir ki, avtobusun tankerlə toqquşması nəticəsində iki iranlı ölüb, 32 nəfər isə yaralanıb.

Yaralılar "Məhəmməd Əl-Məcid" Şəhid Xəstəxanasına yerləşdirilib.

Hadisənin təfərrüatları hələ açıqlanmayıb. 

Ağarza Elçinoğlu