Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın yalan paylaşımını ifşa edib.
"Unikal" xəbər verir ki, Ararat Mirzoyan Tvitter hesabında "Qarabağdakı humanitar vəziyyət" səbəbilə vəfat etdiyi iddia etdiyi azyaşlıların fotosunu paylaşıb.
Hikmət Hacıyev cavabında Ermənistanın faktları yoxlamadan rəsmi səviyyədə yalan və dezinformasiya yaydığını bildirib:
"Ermənistanın xarici işlər naziri rəsmi səviyyədə yalan və dezinformasiya yayanda faktların yoxlanılmasına və miflərin ifşasına ehtiyac var. Yerli polis valideynlərinin nəzarətsizliyi səbəbilə 2 azyaşlının səhlənkarlıq və avtomobildəki yüksək temperatur nəticəsində yuxudaykən vəfat etdiyini təsdiqləyib. Bu, riyakarlıqdan başqa birşey deyil", - Hikmət Hacıyev qeyd edib.
Factchecking&mythbusting needed when FM of Armenia spreading lies/disinformation in official capacity.
— Hikmet Hajiyev (@HikmetHajiyev) July 13, 2023
1. As local police affirmed 2 kids left unattended by parent, they perished due to negligence and high temperature in the car while sleeping.
It is nothing but hypocrisy! pic.twitter.com/5qdZ55euui