Ağdamın Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılması Azərbaycana qarşı etnik nifrət və dözümsüzlük siyasətinin tərkib hissəsidir.
"Unikal" xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov diplomatik xidmət orqanlarının rəhbərlərinin Ağdamda "Ağdamın dirçəlişi" tədbirində çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qayğısı nəticəsində bütün işğaldan azad olunmuş ərazilərimizin, o cümlədən Ağdamın qarış-qarış bərpa edilməsinin diqqət mərkəzindədir. Mövcud çətinliklər, dağıntıların miqyası və mina təhdidinə baxmayaraq, Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərimizin öz yurdlarına layiqli qayıdışı prosesin irəlilədilməsində qərarlı olduğu bildirilib.