Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi şöbəsinin fəaliyyəti nə beynəlxalq hüquqa, nə də komitənin özünün nizamnaməsinə uyğundur.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar iskəndərov deyib.
Deputat bildirib ki, 150 ildən çox yaşı olan həmin təşkilat münaqişə qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsini qarşısına məqsəd qoymasına baxmayaraq, Azərbaycana gələnlər münaqişə qurbanlarını kənara qoyub, münaqişə törədənlərlə əlbir olub qaçaqmalçılıqla məşğul olur.
“Təşkilat unudur ki, Azərbaycanın suverən ərazisində fəaliyyət göstərir. Hələ də ərazimizə irəvanlılar gəlib-gedir. Rəsmi Bakı dəfələrlə təşkilata fəaliyyətini ölkəmizlə koordinasiya etməsini deyib. Onlara Xankəndi və digər yerlərə Bakıdan gəlib-getmələrini bildirilib. Təəssüf ki, hələ də bu təşkilat həmin təklifləri qulaq ardına vurur. Ümid edirik ki, qanunazidd hərəkət edənlərə qarşı ölçü götürüləcək. Unutmasınlar ki, qanunu pozanlar cəzalarını mütləq alacaqlar”.
Anar Kəlbiyev