Bu gün Milli Məclisin iclasında deputat Etibar Əliyev Azərbaycanda rektorların yaşları ilə çıxış edib. Millət vəkili çıxışı zamanı bildirib ki, Azərbaycanda hətta 32 ildir rektor işləyən şəxs də var.

"Unikal"ın məlumatına görə, Azərbaycanda 32 ildir rektor vəzifəsini tutan Fərhad Bədəlbəylidir.

Belə ki, o, 1991-ci ildən Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektorudur.

Murad İbrahimli