"Mina təmizləmə işləri ilə məşğul olanların həyati sığorta məsələsində müstəsna qaydalar qəbul edilməlidir".

"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa çıxış edib. 

“Mina təmizlənməsi ən çətin sahələrdən biridir. Hesab edirəm ki, onlara yubiley medalları verməkdən əlavə, həyati sığorta məsələsində müstəsna qaydaların qəbulu önəmlidir. Çünki onların həyatları daim təhlükə altındadır”, - deputat əlavə edib.

Anar Kəlbiyev