Mərkəzi Seçki Komissiyasının üzvlərinə diplomatik pasport verilməsi təklif olunub.
"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa çıxış edib.
O bildirib ki, həmin qurumun üzvlərinin heç birinin diplomatik pasportu yoxdur.
"Hansı ölkəyə seçkiləri müşahidə etmək üçün gedirsən, görürsən ki, MSK-nın üzvləri orada iştirak edir, hər ay səfərdədirlər. Ancaq onlara bu imtiyaz verilmir", - deyə deputat qeyd edib.
Anar Kəlbiyev